Bakı Ekspo Mərkəzində təşkil olunan XVI “Caspian Agro” sərgisi çərçivəsində “Agritex” MMC, “Sara Lizinq” MMC və “Toğrul” MMC arasında üçtərəfli müqavilə imzalanıb.
Müqavilə ilə “Toğrul” MMC-yə iki ədəd YTO markalı bağ traktoru satılıb.
İmzalanma mərasimindən sonra traktorların açarları alıcıya təqdim olunub.
“Agritex” MMC 2019-cu ildə təsis olunub. “Agritex” MMC YTO traktorlarının Azərbaycanda rəsmi distribütorudur. Şirkət kənd təsərrüfatına dair bütün növ texnikaların satışını 40% dövlət subsidiyası ilə həyata keçirir.
“Agritex” MMC satışını həyata keçirdiyi traktorlara 18 ay, aqreqatlara isə 12 ay zəmanət verir. Şirkət zəmanət müddətində texnikaların servisi ilə məşğul olur, həmçinin lazımi detallarla təmin edir.
“Sara Lizinq” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 40%-dək dövlət subsidiyası ilə kənd təsərrüfatı texnikalarını faizsiz lizinqlə 5 ilədək müddətə təklif edir.
Qeyd edək ki, “Sara Lizinq” MMC AKİA-nın müvəkkil kredit təşkilatlarından biridir və respublikanın bütün rayonlarından olan fermerlərə kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştli lizinq şərtləri ilə sürətli satışını təşkil edir.
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi