Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri üçün təlim təşkil olunub.
"Marketinqdə başlanğıc" adı altında keçirilən təlimdə “Business Service Centre” MMC-nin İnsan resursları şöbəsinin rəhbəri Təhminə Dəmirova və Marketinq şöbəsinin rəhbəri Zaur Mütəllimov iştirak ediblər.
Təlimin sonunda 3 nəfər tələbə püşk atma yolu ilə ödənişsiz digər bir seminarda iştirak hüququ əldə ediblər.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ