Azərbaycan 7 ayda meyvə-tərəvəz ixracından 500 milyon dollardan çox gəlir götürüb
23 avqust 2025, 14:20
"Deloitte" şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən "Best managed companies" biznes mükafatının sahibləri müəyyən olunub. Bu dəfə qaliblər arasında ölkəmizin aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" də yer alıb. Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər. Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib.