"Azərsun Holdinq" jurnalist övladları üçün Uşaqların Beynəlxalq Müdafiə Günündə əyləncə təşkil etdi

"Azərsun Holdinq" jurnalist övladları üçün Uşaqların Beynəlxalq Müdafiə Günündə əyləncə təşkil etdi

Azərbaycanın aparıcı qida sənayesi şirkətlərindən biri olan "Azərsun Holdinq", Uşaqların Beynəlxalq Müdafiə GünüAzərbaycan mətbuatının 150 illiyi münasibətilə xüsusi tədbir təşkil edib. Media sahəsində fəaliyyət göstərən jurnalistlərin övladları üçün keçirilən əyləncə proqramı Mətbuat Şurası ilə birgə reallaşdırılıb.

Tədbir 1 iyun tarixində "Dream Əyləncə" mərkəzində baş tutub və uşaqlar üçün yaradıcılığı inkişaf etdirən boyama master-klası ilə başlayıb. Master-klass uşaqların yaradıcı təfəkkürünü inkişaf etdirməklə yanaşı, onlara bayram ovqatı bəxş edib.

Daha sonra animatorların iştirakı ilə maraqlı oyunlar, şənliklər və interaktiv fəaliyyətlər keçirilib. Tədbirin sonunda uşaqlar "Dream Əyləncə" mərkəzində vaxtlarını əyləncəli və yaddaqalan şəkildə keçirmək imkanı əldə ediblər.

"Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Rza Məmmədov bildirib ki, bu cür tədbirlər təkcə uşaqlar üçün əyləncə deyil, həm də jurnalist ailələrinə verilən dəyərin bariz nümunəsidir:

"Media nümayəndələrinin ailələri ilə münasibətlərin gücləndirilməsi və onların əziyyətinin qiymətləndirilməsi bizim üçün xüsusi önəm daşıyır. Mətbuatın 150 illiyi çərçivəsində daha bir sıra sosial və ictimai layihələrin reallaşdırılması planlaşdırılır. Jurnalistlərlə birgə dəyərli zaman keçirmək bizi sevindirir və bu istiqamətdə fəaliyyətimizi daha da genişləndirməyi düşünürük."

Bu cür sosial məsuliyyət layihələri vasitəsilə "Azərsun Holdinq" cəmiyyətlə sıx əlaqə saxlayaraq korporativ dəyərləriniictimai dəstək təşəbbüslərini uğurla davam etdirir.