Muğan rayonlarında arpa ilə yanaşı, buğda biçininə də başlanılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında artıq bir neçə gündür ki, biçin işləri gedir.
İmişli rayonunda bu il 2 min 509,7 hektar sahədə buğda, 6 min 844 hektar sahədə arpa, Cəlilabad rayonunda 46 min 980 hektar sahədə buğda, 13 min 450 hektar sahədə arpa, Biləsuvar rayonunda 7 min 563 hektar sahədə buğda, 24 min 086 hektar sahədə arpa əkilib.
Fermerlərin sözlərinə görə, hazırda biçin işləri tez yetişən sortlar əkilən və dəmyə sahələrində aparılır.