Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə seminarların keçirilməsi prosesi yenidən start götürüb.
Proqram çərçivəsində növbəti seminarlar Ege Universitetinin əməkdaşı Prof. Dr. Figen Kırkpınar tərəfindən “Kanatlı hayvanların beslenmesinde sürdürülebilirlik stratejileri” və Prof. Dr. Çiğdem Takma tərəfindən “Varyans Analizi Varsayımları ve Tek Yönlü Varyans Analizi” mövzusunda təşkil olunub.
Seminarlarda Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop, ADAU-nun akademik heyətinin üzvləri və tələbələr iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ