Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər təşkilatının rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat və dama turnirləri keçirilib.
Turnirdə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 5 komanda qalib adı uğrunda mübarizə aparıb.
Dairəvi sistem üzrə keçirilən şahmat yarışında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) komandası I yerə çıxıb.
Qalib komanda diplomlarla təltif olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ