Azərbaycan bazarına daxil olmaq üçün yaxşı imkan

Azərbaycan bazarına daxil olmaq üçün yaxşı imkan


İspaniyanın cənub-şərqində yerləşən Almeriya şəhərində əsası qoyulmuş "Biorizon Biotech" şirkəti biostimulyatorların və biopestisidlərin istehsalçısıdır. Biz tərkibində fitohormonlar, polifenollar, peptidlər, amin turşuları olan mikroyosunlar yetişdirir və innovativ texnologiyalardan istifadə edərək onlardan biostimulyatorların istehsalı üçün faydalı olan maddələr əldə edirik.
"Biorizon Biotech" şirkəti genişlənməyə başlayıb, rəhbərlik Azərbaycan bazarına daxil olmaq və bu bazarda məhsullarımızı təqdim etmək qərarına gəlib. Bunun üçün bizim iki seçimimiz var idi: ya görüş planlaşdırılan kontaktların siyahısını təqdim edən İspaniya Ticarət və Sənaye Palatasının dəstəyini almaq, ya da "Caspian Agro" sərgisində iştirak etmək.
Belə ixtisaslaşdırılmış sərgilər profillər üzrə şirkətlərin toplaşdığı yeganə məkandır. Belə sərgilər cəmi bir neçə gün ərzində bütün iştirakçılar haqqında ətraflı məlumat əldə etməyə imkan verir, Öz ölkəndə qalıb bunu etmək isə mümkün deyil. Burada istehsalçılar, distribütorlar və yerli bazarı təmsil edən ziyarətçilərlə canlı ünsiyyət imkanı mövcuddur.
Biz artıq özümüzə uyğun şirkətlər tapmışıq. Bəlkə də, onlar bizim gələcək tərəfdaşlarımızdır. Gələn həftə məhsullarımızın Azərbaycanda qeydiyyata alınması üçün lazımi sənədləri hazırlayıb göndərəcəyik. Əgər biznesimiz inkişaf edərsə, gələn il sərgidə iştirak etməyi və öz stendimizi təqdim etməyi planlaşdırırıq.

Karlos Serezo Marko, "BIORIZON BIOTECH" şirkətinin kommersiya direktoru

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi