Beynəlxalq ekspert: "Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir"

Beynəlxalq ekspert: "Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir"

Bitki sağlamlığı müxtəlif ölkələrin birgə həll etməli olduğu qlobal problemdir.

"Report" xəbər verir ki, bunu Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının baş direktoru Niko Horn Bakıda keçirilən “Yaşıl dünya naminə” mövzusunda Bitki Sağlamlığı Forumunda bildirib.

O qeyd edib ki, bitkilər həyatın əsasıdır və bitkiləri qorumaq həyatı qorumaq deməkdir: "Bitkilərin mühafizəsinin vacibliyi Qida Təhlükəsizliyi Agentliyinin bu forumu təşkil etməsi ilə bir daha vurğulanır. Bitki sağlamlığının kənd təsərrüfatı məhsullarının istehsalındakı və ticarətindəki rolunu müzakirə etmək gözəldir. Bitki sağlamlığı beynəlxalq məsuliyyətdir, bu sahədə həm milli, həm də beynəlxalq əməkdaşlığa ehtiyac var. Bu, zərərvericilərin yayılmasının transsərhəd xarakteri və iqlim dəyişikliyinin təsirləri ilə bağlıdır".

"Azərbaycan və digər region ölkələri, ümumilikdə bütün üzv ölkələrin ekspertləri ilə əməkdaşlığı gücləndirmək üçün bu ilin sonunda Bakıda görüşməyi səbirsizliklə gözləyirəm" - deyə ekspert əlavə edib.


İstinad : Report.az