Caspian Agro-da daimi iştirakın müqayisəli təhlili

Caspian Agro-da daimi iştirakın müqayisəli təhlili


1997-ci ildə yaradılmış METAK şirkəti polad borular, profillər və digər prokat məhsulların idxalçısıdır.
Caspian Agro sərgisində meyvələrin soyuducu kameralarda saxlanması üçün lazım olan, özümüz tərəfindən istehsal etdiyimiz böyük ölçülü Big Box konteynerlərini təqdim edirik. Şirkətin məhsulları idxalı əvəz etmək üçün nəzərdə tutulduğundan, biz hər ölçüdə (60 litrdən 1100 litrə qədər) zibil qabları istehsal edirik. Bundan əlavə, stenddə dekorativ ağacların yetişdirilməsi üçün tinglik də təqdim olunur. METAK-ın uzun illər kənd təsərrüfatı ilə məşğul olduğunu nəzərə alsaq, bizim öz bağımız da vardır.
METAK məhsullarını misilsiz edən onların yerli istehsalıdır.
Artıq 17 ildir ki, METAK Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısıdır. İştirakın məqsədi trenddə olmaq və müştərilərimizi yeni məhsullarla tanış etməkdir, bu məhsulların sayı isə durmadan artır.
Açığını deyim ki, Caspian Agro sərgisində illik iştirak öz bəhrəsini verir. Məsələn, iş vaxtı burada təqdim olunan qədər müştəri ilə görüşmək mümkün deyil. Eyni məkanda təkcə iri kənd təsərrüfatı müəssisələrinin rəhbərləri deyil, həm də potensial müştərilər bir araya gəlir.
Eyni zamanda, ixtisaslaşdırılmış sərgilərin keçirilməsi biznesin konkret sahəsinə yönəlmiş insanlar üçün vacibdir. Digər beynəlxalq tədbirlərin daimi iştirakçısı kimi əminliklə qeyd edə bilərəm ki, bu sərginin təşkili ən yüksək səviyyədə həyata keçirilib. Təcrübə göstərir ki, başqa ölkələrə səyahət etməkdənsə, yerli sərgidə iştirak etmək daha yaxşıdır.

Toğrul İmanov, METAK-ın Korporativ Satış direktoru

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi