Bekir AKKAYA, Agrovita MMC-nin İçraçı Direktoru
Agrovita MMC olaraq ölkə ərazisində kənd təsərrüfatı toxumları, gübrə, bioloji mübarizə məhsulları, pestisidlər və dərmanların satışını həyata keçiririk. Əsas məqsədimiz xəstəliklərə və zərərvericilərə davamlı, yerli şəraitə uyğunlaşmış yüksək məhsuldar bitki sortlarının geniş yayılmasını təmin etmək, torpaqların münbitliyinin bərpası və artırılması, eyni zamanda ekoloji təmiz kənd təsərrüfatının inkişafına zəmin yaratmaqdır.
Aqrar-bizneslə məşğul olan kiçik və orta sahibkarlara dəstək olaraq idxal etdiyimiz məhsulların ekoloji təmiz və kənd təsərrüfatının tələblərinə uyğun olmasını təmin edirik, həmin məhsulların standartlarının insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit tələblərinə cavab verməsini təşkil edirik.
Hazırda Şəmkir, Göyçay, Salyan, Sabirabad, Cəlilabad, Masallı, Bərdə, Quba, Xaçmaz rayonlarında, həmçinin Bakı şəhərinin Qala qəsəbəsində “Agrovita” MMC-nin sərgi-satış mağazaları fəaliyyət göstərir. Həmçinin onlayn sifarişləri də qəbul edirik.
“Caspian Agro” 2024 sərgisində ziyarətçilərə yeni innovativ kənd təsərrüfatı yönümlü pestisid və gübrələri nümayiş etdirəcəyik. Bunlardan bir neçəsini qeyd etmək istərdim: “Stop Mathe”, “Izocod C”, “Isonet LTT”. Həmin məhsullar öz keyfiyyəti və kənd təsərrüfatına verdiyi töhfələrlə fərqlənir.
“Caspian Agro” 2024 sərgisində yeni satış bazarları axtarmaq, kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarlarla tanış olmaq və şirkətimiz haqqında məlumat vermək üçün iştirak edirik. Sərgidə yeni əməkdaşlıq əlaqələri qurmağa və müqavilələr imzalamağa nail olacağımıza ümid edirik.
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi