Azərbaycan buğda idxalını 36 %-ə yaxın artırıb
18 aprel 2025, 14:01
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 41 milyon 301 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,7 % artıb.
Bildirilib ki, bunun 3 milyon 376 min 100 manatı bitkiçilik sahəsi üzrə, 37 milyon 925 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olub.