FAO: Azərbaycanda meyvə və çayçılıq üzrə tədqiqatlar davamlı bağçılıq üçün nümunələr yaradır

FAO: Azərbaycanda meyvə və çayçılıq üzrə tədqiqatlar davamlı bağçılıq üçün nümunələr yaradır

Azərbaycanda meyvə sortları və çayçılıq sahəsində aparılan qabaqcıl tədqiqatlar təkcə kənd təsərrüfatının dayanıqlılığını və məhsuldarlığını artırmır, həm də iqlimə uyğunlaşdırılmış, davamlı bağçılıq üçün mühüm nümunələr yaradır.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat bildirib.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Quba Çayçılıq Elmi-Tədqiqat İnstitutuna səfər edib: "İnstitutda nümayiş etdirilən innovasiya səviyyəsi və işə olan sadiqlik məni dərin təsirləndirib. Bu vacib işə rəhbərlik edən fədakar alim və tədqiqatçılarla tanış olmaq olduqca ilhamverici idi".