Firdovsi Fikrətzadə: "Son 5 ildə Azərbaycana daha çox Avropa kənd təsərrüfatı texnikaları idxal edilib"

Firdovsi Fikrətzadə: "Son 5 ildə Azərbaycana daha çox Avropa kənd təsərrüfatı texnikaları idxal edilib"

Son 5 ildə Azərbaycana daha çox Avropadan kənd təsərrüfatı texnikaları idxal edilib ki, bunlar içərisində Italiya xüsusi yer tutur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Elmi-Tədqiqat Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Bakıda keçirilən "Azərbaycan və İtaliya daha yaxşı qida istehsalı naminə" mövzusunda tədbirdə deyib.

"İtaliyanın Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında aktiv iştirak etmələri çox yaxşı göstəricidir",- deyə o qeyd edib.

F. Fikrətzadə həmçinin bildirib ki, idxal olunan cins malların 60 %-i də dövlət tərəfindən subsidiyalaşdırılır ki, bu addım heyvandarlığın inkişafı üçündür.

Onun sözlərinə görə, "yaşıl texnologiya"lar hansı ki, "yaşıl inkişafa" dəstək verir bunun kənd təsərrüfatında daha çox təşkil olunması planlaşdırılır.


İstinad : Report.az