SAS Agro Azərbaycan şirkətinin Texniki və satış müdiri vəzifəsində çalışan Ali Değer Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təhsil alan tələbələrlə görüşüb.
Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüşən qonaq onlarla öz fikir və tövsiyələrini bölüşüb.
Bildirib ki, uğurlu məzun və mütəxəssis olmaq üçün daim öz üzərində çalışmalı, nəzəri biliklərlə yanaşı praktiki biliklərin təkmilləşdirilməsinə üstünlük verilməlidir.
Sonda tələbələrin sualları cavablandırılıb.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ