Məhsuldarlığın vacib məsələləri

Məhsuldarlığın vacib məsələləri


Cavanşir Seyidov, İsmayıllıdan aqronom
Mən xüsusi olaraq "Caspian Agro" sərgisinə gəlmişəm, çünki aqronomam və bitkiçiliyin səmərəliliyinin artırılması məsələləri məni çox maraqlandırır.
Eyni aqrar ərazidə hər il eyni kənd təsərrüfatı məhsulu əkilə bilməz, çünki bu, torpağın məhsuldarlığını təhlükə altına atır.
Məsələn, buğda və arpa əkildikdən sonra torpağın bərpası tələb olunur, çünki torpaq zəifləyir və bir mütəxəssis olaraq bu sual məni narahat edir — zərər verməmək üçün belə torpaqlarda nə əkmək olar.
Bu sərgidə toxum sektorunda hansı yeniliklərin nümayiş olunduğu və torpaqların mütərəqqi zənginləşdirilməsi və dirçəldilməsi məsələləri məni maraqlandırırdı.
Dünyada və Azərbaycanda suvarma problemi çox aktual olduğu üçün çox suya ehtiyacı olmayan o bitki növləri ilə tanış olmaq istədim.
Yenilikçi məhsulların təqdim olunduğu Rusiyanın "Micro Green" şirkətinin, Avropa şirkətlərinin stendləri mənim üçün maraqlı idi. Məsələn, F4 Fotosintez. Suyun duzsuzlaşdırılması üçün avadanlığın nümayiş etdirildiyi Türkiyə şirkətlərindən birinin stendi də diqqətimi cəlb etdi.
Sərgini ziyarət etməkdən məmnunam, çox faydalıdır və zəngin məlumatlar verdi!
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi