Misirdən yüksək keyfiyyətli meyvə və tərəvəzlər

Misirdən yüksək keyfiyyətli meyvə və tərəvəzlər


“Sadat Agro-Fruit” dünyada yüksək keyfiyyətli meyvə və tərəvəzlərin marketinqini və distribusiyasını həyata keçirən bir müəssisədir. Şirkət Misirdə təzə meyvə və tərəvəz ixracında ixtisaslaşmış 10 aparıcı şirkətdən biridir. Anbara çatana qədər istiliyə həssas məhsulların lazımi temperaturda saxlanmasını təmin etmək üçün əlimizdən gələni edirik. Anbara daxil olduqdan sonra onlar temperaturu nəzarət altında olan boşaltma zonasında boşaldılır və soyuducu kameralarda lazımi temperaturda saxlanılırlar. İstehsalı təmin edən yüksək texnologiyalı maşın və avadanlıqlarla gigiyena, keyfiyyətə nəzarət və soyuducu zəncirin idarə edilməsi məsələlərinə çox ciddi yanaşırıq.
“Sadat Agro-Fruit” şirkəti “Navel, Baladi və Valensiya portağalları”, mandarinləri, təzə limonları, Qırmızı alov və əla növ toxumsuz üzümləri, nar və çiyələkləri ilə tanınır. Əsas satış bazarlarımız bütün Avropa ölkələri və Uzaq Şərq ölkələridir. İndi isə biz satış zonamızı genişləndirərək Azərbaycan və Qazaxıstanı da əhatə etmək niyyətindəyik. AB standartlarına və idxal edən ölkənin qaydalarına uyğun olaraq həqiqi təravətini və keyfiyyətini qorumaq üçün təzə meyvə və tərəvəzləri qısa müddətdə çatdırırıq.
Keyfiyyətli markalarımız bütün bazarlarda tanınır və qiymətləndirilir, buna görə də biz bu bölgədəki alıcılardan yaxşı rəylər gözləyirik. Stendimizdə keyfiyyətli meyvə və tərəvəz almaqda maraqlı olan bütün sahibkarları (zal 2 – stand No. 21) görməkdən məmnun qalacağıq. Biz uğurlu qarşılıqlı faydalı əməkdaşlığa hazırıq!
 
Heytam Elsadani, “Al Sadat Agro Fruit” şirkətinin sahibi icraçı direktoru

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi