"AZƏRTEXNİKA" şirkəti 2004-cü ildə təsis edilib. Şirkət, dünyaca məşhur kənd təsərrüfatı texnikası istehsalçılarının Azərbaycanda rəsmi nümayəndəsidir. Bunlar traktor istehsalı üzrə ixtisaslaşmış "Tümosan" və "Solis" şirkətləri, süd soyutma və saxlama çənləri istehsalçısı "Peymak", təkər istehsal edən "Belshina", "Starmaxx" və "Petlas" şirkətləri, o cümlədən dərmançiləyici aparatlar istehsalçısı "GençGüçsan", gübrəsəpən texnikanın istehsalı ilə məşğul olan HMS şirkəti, presləmə texnikası istehsalçısı "Kayhan Ertuğrul", otbiçən maşınlar istehsal edən "Tinaz" şirkətidir. Biz həmçinin texnikaların təmiri, diaqnostikası və texniki baxışı üzrə xidmətlər göstərir və ehtiyat hissələrinin tədarükünü həyata keçiririk.
Bərdə, Gəncə, Salyan, Sabirabad, Ağcabədidə anbarlarımız fəaliyyət göstərir, ən böyük anbarımız isə Bakıda yerləşir.
Bu gün "Caspian Agro" Beynəlxalq Sərgisində texnikaların geniş seçimi təqdim olunur, lakin biz özümüzə heç bir rəqib görmürük. "Azərtexnika"nın üstünlüyü istənilən texnika üçün daim ehtiyat hissələri təqdim etməyimizdədir. Anbarlarımızda ehtiyat hissələri olmadıqda, 7-10 gün ərzində onların tədarükünü həyata keçiririk.
İxtisaslaşdırılmış sərgilər ziyarətçilərin və iştirakçıların müasir texnikalarla tanışlığı baxımından müstəsna əhəmiyyət kəsb edir. Kəndlilərin çoxu onların işini xeyli asanlaşdıra biləcək yeni texnikaların mövcudluğu barədə hələ də məlumatsızdırlar. Buna görə də biz bazara ucuz, eyni zamanda keyfiyyətli məhsullar çıxarmağa çalışırıq. Yeri gəlmişkən, sərginin elə ilk günündə biz 3 traktor, eləcə də dərmançiləyici aparat və presləmə texnikası satmışıq.
Elmin Ağayev, "AZƏRTEXNİKA"-nın direktor müavini
İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi