"İmpuls Academy" Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün "Deməyə sözün olsun" adlı seminar keçirib.
Aqrar Universitetin inzibati binasında təşkil olunan seminarda tələbələrə fikri dəqiq və aydın çatdıra bilmək, kütlə qarşısında çıxış etmə fobiyasını dəf etmək, təsirli nitqin mexanizmləri, auditoriyanın ehtiyaclarını görə bilmək, hədəflər üçün davamlı, əzmli çalışmaq və digər məqamlardan bəhs edilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ