YTO-NLY1154E traktoru – "Kiçik gövdədə böyük ürək"

YTO-NLY1154E traktoru – "Kiçik gövdədə böyük ürək"


Ramil Abdullayev, AGRİTEX MMC-nin səhmdarı və direktoru 
AGRİTEX MMC olaraq kənd təsərrüfatına dair bütün növ texnikaların satışını dövlət güzəşti ilə təşkil edirik. Şirkətimiz 2019-cu ildən bəri təsis olunmuşdur və xidmətinizdədir. Biz Çin istehsalı olan YTO trakrorlarının həmçinin dünya brendi olan markaların aqreqatlarının məhsullarının satışını edirik. Komanda olaraq münasib qiymətə yüksək keyfiyyətli texnikaları həm nağd, həm də səmərəli lizinq şərtləriylə təklif edirik. İllərdir bu sahədə mütəxəssisləşmiş komandamız ilə bütün sənəd işlərini tez bir zamanda həll edib texnikanı asan şəkildə təhvil almaqda köməklik göstəririk. Traktorlara 18 ay, aqreqatlara isə 12 ay zəmanət veririk. Zəmanət müddətində texnikaların servisi ilə məşğul olur, həmçinin lazımi detallarla təmin edirik. 

2022-ci ilin sonundan Çinin “China YTO International Trade Co., Ltd.” şirkəti bir sıra MDB ölkələrinə 105-130 at gücünə malik YTO-NLY1154E traktorlarının çatdırılmasını başlayıb. Bu yeni modelləri ilk olaraq MDB məkanında Azərbaycan fermerləri alıblar.  

“Caspian Agro” sərgisində nümayiş olunan “YTO-NLY1154E” markalı traktorların ilk dəsti 2023 -cü ilin yay-payız aylarından etibarən Azərbaycanda “YTO İnternational Trade CO., Ltd” rəsmi nümayəndəsi olan “Agritex MMC” tərəfindən sifariş edilərək ölkəmizə çatdırılıb.

YTO-NLY1154E traktorları ənənəvi kənd təsərrüfatı işləri üçün ideal seçimdir. Bu, bağçılıq, bostançılıq və əkin sahələri, o cümlədən Rusiya bazarına tədarük ilə məşğul olan Azərbaycan üçün xüsusilə vacibdir. 

Maşınlar super turboçarcerli və aralıq soyutma ilə dörd silindrli dizel mühərrikləri “Dongfanghong L”, həmçinin şatl gearbox 12F + 12R sürətlər qutusu ilə təchiz olunmuş versiyalarda istehsal olunur. 

YTO-NLY1154E – "Kiçik gövdədə böyük ürək" olan traktor Azərbaycanda “China YTO International Trade Co., Ltd.” rəsmi nümayəndə olan “Agritex MMC” artıq yeni vahidlərin şüarını səsləndirməyə müvəffəq olub. Bu avadanlıqlar yerli fermerlərin gözləntilərini tam ödəyir və yüksək effektivlik şəraitində kompleks əməliyyatlara uyğunlaşdırılır. Satıcı sonrakı sifarişlərə əmindir və maşınların bu modifikasiyaları bir sıra digər MDB ölkələrinə ixrac ediləcək. 

“Caspian Agro” sərgisindən gözləntilərimiz böyükdür. Qeyd edə bilərəm ki, ixtisaslaşmış sərgilərdə  əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirir. Bu tip sərgilərdə Azərbaycan fermerləri və təsərrüfat nümayəndələri onlara lazım olan, təsərrüfatlarında istifadə edə biləcəkləri avadanlıqların istehsalçı və yerli nümayəndəliklərinin yerli bazara təqdim etdikləri məhsullar və xidmətlər ilə bilavasitə əyani tanış olub, onları maraqlandıran suallara yerində operativ cavab ala bilirlər. Eyni zamanda ölkəmizdə keçirilən bu tip sərgilərə dövlətimiz tərəfindən xüsusi diqqət və dəstək verilir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgini ziyarət edir, istehsalçı və distribütorların Azərbaycan bazarında təqdim etdikləri yeni məhsullar ilə tanış olur. 

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi