ADAU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

ADAU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov təhsilimizdə əvəzsiz rola malik olan müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edib.

Rektor bildirib ki, bu gün Azərbaycan müəlliminin dövlətin inkişafı, siyasi-iqtisadi stabilliyi, xalqın mənəvi birlik və həmrəyliyi, milli dəyərlərinin əsas təminatçısı olan gənc vətəndaşların formalaşması, mənəvi-əxlaqi inkişafı və tərbiyəsi kimi mühüm və müqəddəs vəzifəsi var. Azərbaycan gənclərinin vətənpərvərliyi, xalqımızın birlik və həmrəyliyinin sarsılmaz olduğunun bariz nümunəsi olan 44 günlük Vətən müharibəsi Azərbaycan müəlliminin bu müqəddəs amalı layiqincə yerinə yetirməsinin sübutudur.

Daha sonra 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan videoçarx nümayiş olunub.

Sonda Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal tələbələrinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ