Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Yaşıl vadi kübrə istehsalı və AZMARK LTD şirkətlərinin birgə təşkilatçılığı ilə "Çirklənmiş kənd təsərrüfatı torpaqlarının rekultivasiyası" mövzusunda seminar keçirilib.
Universitetin bir qrup professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə keçirilən seminarda Türkiyənin Yaşıl vadi şirkətinin rəhbəri Mehmet Gök və müdir müavini Sezgin Can, həmçinin AZMARK LTD-nin CEO-su Zair Qardaşov çirklənmiş torpaqların bərpası üçün tətbiq olunan metodlar və müasir texnologiyalar barədə məlumat veriblər.
Daha sonra praktik yanaşmalar və beynəlxalq təcrübələrin ölkəmizin kənd təsərrüfatına uyğunlaşdırılması istiqamətində geniş müzakirələr aparılıb. Yaşıl vadi şirkətinin nümayəndələri çirklənmiş kənd təsərrüfatı torpaqlarının rekultivasiyasının qlobal əhəmiyyətindən danışaraq, bu prosesin həm ekosistemin qorunması, həm də məhsuldarlığın artırılması baxımından vacib olduğunu vurğulayıblar.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ