ADAU-da tələbələrlə “Milli-mənəvi dəyərlərimiz irsimizdir” adlı tərbiyəvi mövzuda silsilə görüşlər keçirilib

ADAU-da tələbələrlə “Milli-mənəvi dəyərlərimiz irsimizdir” adlı tərbiyəvi mövzuda silsilə görüşlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bütün fakültələrində tələbələrlə “Milli-mənəvi dəyərlərimiz irsimizdir” adlı tərbiyəvi mövzuda silsilə görüşlər keçirilib.Görüşlərdə çıxış edən Universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova deyib ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərə sadiqliyini göstərib və bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib.Prorektor diqqətə çatdırıb ki, milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətində işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Sonra tələbələrə tövsiyələr verilib, fikir və təklifləri dinlənilib.
İstinad : ADAU - Aqrotexnologiya fakultəsi