Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Fariz Ələkbərov Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) dəstəyi və Kənd Təsərrüfatı Texnologiyaları Tədris Mərkəzi nin (ATEC) təşkilatçılığı ilə keçirilən “Azərbaycanlı ekspertlərin Ağıllı Kənd (Smart Farming) Təsərrüfatına dair bilik və bacarıqlarının artırılması” adlı təlimdə iştirak edib.
23 sentyabr-5 oktyabr tarixlərində Koreya Respublikasında keçirilən təlimin əsas məqsədi ağıllı kənd təsərrüfatı, dəqiq əkinçilik, IOT sensor texnologiyalarının əkinçilikdə tətbiqi, smart istixanalar və onların idarə edilməsi, ətraf mühit faktorlarının IOT texnologiyaları ilə nəzarət edilməsi və s. haqqında ekspertlərin bilik və bacarıqlarının artırılmasıdır.
Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan müxtəlif qurumların 18 nəfər nümayəndə heyətinin iştirak etdiyi təlimdə Fariz Ələkbərov “Ölkəmizdə ağıllı kənd təsərrüfatının Azərbaycanda hazırki vəziyyətinə dair ölkə hesabatı” və “Ağıllı kənd təsərrüfatına dair Koreyanın qabaqcıl təcrübələrinin Azərbaycana transferi üzrə Fəaliyyət Plan ” mövzularında iki təqdimatla çıxış edib.
Proqram dövründə maraqlı təqdimatlar və sahə səfərləri də təşkil olunub. Sonda iştirakçılar sertifikatla təltif ediliblər.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ