Tacikistan Respublikasının Düşənbə şəhərində “Birlik ölkələrinin milli təhsil sistemlərinin qarşılıqlı əlaqəsi MDB məkanında təhsilin keyfiyyətinin yüksəldilməsi amili kimi” mövzusunda təhsil məktəbi təşkil edilib.
Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Fizika, riyaziyyat kafedrasının baş müəllimi Sevinc Bağırova da iştirak edib.
Məktəb iştirakçıları məktəb və universitet təhsilinin inkişafı, gənclərin dünyagörüşünün formalaşdırılması və pedaqoji kadrların hazırlanması məsələlərini müzakirə ediblər.
İştirakçılar MDB-yə üzv dövlətlərdə təhsilin vəziyyəti, Tacikistanın tədris prosesinə tətbiq edilmiş müasir texnologiyalarla tanış olub, MDB ölkələrindən olan mütəxəssislərə təlim metodları, yeni tədris və tərbiyə metodları, təhsil texnologiyaları sahəsində məruzələrini təqdim ediblər.
Məktəbin nəticələrinə əsasən iştirakçılara sertifikatlar təqdim olunub.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ