Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) "Kənd təsərrüfatı texnikası və texniki servis", "Ümumi əkinçilik genetika və seleksiya", və "Energetika və elektrik mühəndisliyi" kafedralarının professor-müəlim heyəti MKT İstehsalat Kommersiya MMC-nin Yevlax, Goranboy, Bərdə və Ağcabədi filiallarına səfər ediblər.
Əməkdaşlar şirkətin iş istiqamətləri, əkin sahələri, mühəndislik üzrə texniki servis və fəaliyyəti ilə yaxından tanış olublar. Həmçinin, "Aqronomluq", "aqromühəndislik", "maşın mühəndisliyi", "energetika mühəndisliyi" ixtisasları üzrə Universitetdə kadr hazırlığı, tədris prosesinin təşkili və istehsalat təcrübəsinə tələbələrin bu istiqamətlər üzrə cəlb edilməsi mövzuları da müzakirə edilib.
Pambığın ölkəmizdə inkişaf etdirilməsinə dair akademik səviyyədə elmi tədqiqatların aparılması, eyni zamanda yaranan problemlərin həlli istiqamətində də bir çox məsələlər müzakirə edilib.