ADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblər

ADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ekologiya kafedrasının baş müəllimi Günay Abbasova və Bitki Mühafizəsi kafedrasının müəllimi Günel Ramazanova Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə ezam olunublar.

İki universitet arasında təhsil, tədqiqat və akademik əməkdaşlığı genişləndirmək məqsədi daşıyan səfərdə İsparta Tətbiqi Elmlər Universitetinin maddi texniki bazasıyla yaxından tanışlıq olub.

ADAU əməkdaşları səfər çərçivəsində İsparta Universitetinin Erasmus ofisində bir sıra sənədləşmə məsələlərini müzakirə ediblər. Sonra Kənd təsərrüfatı Fakültəsində Dr. Yusuf Uçar ilə görüş keçirilib.

Həmçinin, tədqiqatçı İsmail Karaca ilə görüşən heyət bioloji mübarizə laboratoriyası və bioloji agentlərin əldə olunma metodları ilə tanış olublar. Daha sonra digər elmi-tədqiqat laboratoriyaları və alimlərlə görüş keçirilərək müxtəlif mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, İsparta Tətbiqi Elmlər Universiteti 2018-ci ildə Süleyman Dəmirəl Universitetindən ayrılaraq müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayıb. Universitet, yüksək təhsil və tədqiqat standartları ilə qlobal çağırışlara cavab verir və davamlı inkişaf üçün innovativ həllər təqdim edir. Burada 100-ə yaxın ixtisas üzrə təhsil təklif olunur və müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislər hazırlanır.

ADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblərADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblərADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblərADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblərADAU əməkdaşları Türkiyənin İsparta Tətbiqi Elmlər Universitetinə səfər ediblər