SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə keçirilən "INNOSTART" Gəncə Hakatonu innovasiya və texnologiya sahəsində çalışan gəncləri bir araya gətirib. İştirakçılar iki gün ərzində intensiv işləyərək müxtəlif sahələr üzrə texnoloji həllər hazırlayıb təqdim etdilər.
Yarışda 15 komanda ideyalarını təqdim edib. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 8 startap komandası yarışda iştirak edib. Qalib gələn ilk üç komandalar ADAU startapları olub. Əlavə olaraq inkubasiya qəbul edilən 1 startapla ümumilikdə 4 startapçı uğurlu nəticə göstərib.
Hakatonda Glamo, Agrosphera, BioTech, Freelancer, Flexred, Zonmind, KaraVogue, Agroicarə komandaları iştirak edib.
Komandalar mentorların dəstəyi ilə ideyalarını inkişaf etdirib, biznes modellərini formalaşdırıb və münsiflər qarşısında təqdim etdilər.
Yarışmada I yer (5000 azn)– Glamo – Xidmətlər üçün asan və sürətli rezervasiya platforması, II yer (3000 azn)– AgroSphere – Fermerlər üçün maarifləndirmə və bitki dərmanlarının satışı platforması, III yer (2000azn)– BioTech – Biotexniki bitkilərin satışı platforması startapları qərarlaşıblar.