ADAU komandası intellektual yarışda II yeri tutub

ADAU komandası intellektual yarışda II yeri tutub

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, "Coca-Cola" və "ATS Food" şirkətlərinin dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş "Zəfərimiz əbədidir" adlı regional intellektual yarış keçirilib.

Yarışda respublikanın 16 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Suallar əsasən Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, Zəfər tarixi və ümumi dünyagörüşü ilə bağlı olub.

3 mərhələdən ibarət yarış Qarabağ Universiteti tələbələrinin qalibiyyəti ilə yekunlaşıb. İntellektual oyunda ikinci yeri Azərbaycan Dövlət Aqrar Universiteti, üçüncü yeri isə Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri tutub. Yarışda Gəncə Dövlət Aqrar Kollecinin tələbələri isə altıncı yerdə qərarlaşıb.

Qalib komandalara kubok və pul mükafatı verilib.


ADAU komandası intellektual yarışda II yeri tutubADAU komandası intellektual yarışda II yeri tutubADAU komandası intellektual yarışda II yeri tutubADAU komandası intellektual yarışda II yeri tutub