Gəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilib

Gəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Kollecin direktoru Fəqan Ağayev ADAU-nun rektoru Zəfər Qurbanovun adından tədbir iştirakçılarını salamlayaraq, bayram təbriklərini çatdırıb. Novruz bayramının milli mənəviyyatımız və birlik simvolu kimi əhəmiyyətini vurğulayıb.

Sonra kollecdə tədris olunan ixtisaslar üzrə tələbələrin hazırladıqları bayram stendlərinə baxış keçirilib. Təqdim olunan masalar üzrə qaliblər təltif edilib.

Əlavə olaraq ilk semestri əlaçı olaraq bitirmiş tələbələrə hədiyyələr təqdim olunub.

Bədii hissədə rəqs nömrələri və musiqilər tədbirə xüsusi rəng qatıb.

Tədbir ənənəvi Novruz tonqalının yandırılması və yallı rəqsi ilə yekunlaşıb.


Gəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilibGəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilibGəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilibGəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilib
Gəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilib
Gəncə Dövlət Aqrar Kollecində Novruz şənliyi keçirilib