ADAU komandası ölkənin ən böyük intellektual yarışında region çempionu olub

ADAU komandası ölkənin ən böyük intellektual yarışında region çempionu olub

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində respublikanın ən böyük bilik yarışı olan "İntellektual Klubların V Gənclər Liqası"nın final mərhələsi baş tutub.

Oktyabr ayından etibarən start götürən və respublikanın 40-dan çox şəhər və rayonunu əhatə edən turnirin seçimlərində ümumilikdə 600-dən çox komanda və 5 mindən çox gənc öz intellektual gücünü sınayıb. Seçim turlarının yekununda regionlar üzrə ən yaxşı nəticə göstərən 12, paytaxt üzrə isə 20 komanda Bakıda keçirilən möhtəşəm final mərhələsində kubok uğrunda mübarizə aparıblar.

Seçimlərdən uğurla keçən Azərbaycan Dövlət Aqrar Univeristetinin (ADAU) "Aqronavtlar" komandası final mərhələsinin yekununda region çempionu adını qazanıb. Qalib komanda kubok, medal və dəyərli hədiyyələrlə mükafatlandırılıb.


ADAU komandası ölkənin ən böyük intellektual yarışında region çempionu olubADAU komandası ölkənin ən böyük intellektual yarışında region çempionu olubADAU komandası ölkənin ən böyük intellektual yarışında region çempionu olubADAU komandası ölkənin ən böyük intellektual yarışında region çempionu olub