Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əməkdaş və tələbələri Gəncə Şəhər İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təşkilatçılığı ilə Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində keçirilən genişmiqyaslı ağacəkmə aksiyasında iştirak ediblər.
Qədim “İpək yolu” üzərində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir. Aksiya iştirakçıları bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq 4 min Eldar şamı əkiblər.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ağacəkmə aksiyası üç gün davam edib. Bu müddət ərzində sözügedən ərazidə ümumilikdə 5 450 ağac əkilib. Növbəti 5 gün ərzində isə əlavə olaraq 5 000-dək ağacın əkilməsi nəzərdə tutulur.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ