Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Ege Universitetində olan ADAU tələbələrinin İzmir şəhərinin tarixi memarlıq abidələri ilə tanışlığı üçün tur təşkil olunub.
Tur zamanı İzmir şəhərinin mədəniyyətini və tarixini tanıtmaq məqsədilə Efes Antik şəhəri və Məryəm Ana ziyarət evinə səyahət olunub. Ege Universitetinin Turizm Fakültəsindən Dr. Sinan Kurtun rəhbərliyi ilə həyata keçirilən turda dövrün mədəni irsi, cəmiyyəti və gündəlik həyatı haqqında tələbələrə məlumat verilib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ