ADAU tələbəsi Astanada startapını təqdim edib

ADAU tələbəsi Astanada startapını təqdim edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə "TikTok"un birgə təlim proqramı olan "TikTok Startup Academy"ə seçilən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tələbəsi Cəmil Muradovun startapı Astanada təqdim olunub.

ADAU-nun "Qida mühəndisliyi" ixtisasının III kurs tələbəsi Cəmil Muradovun təqdim etdiyi "Printfable" layihəsi "TikTok Startup Academy" iştirakçıları tərəfindən maraqla qarşılanıb.

"Printfable" layihəsi ölkəmizdə poliqrafiya və çap sektorunda olan boşluqları doldurmaq üçün yaradılıb.

Komandalar təlimin final mərhələsi çərçivəsində "TikTok" platforması üçün marketinq bacarıqlarını təkmilləşdirən vörkşoplara qatılıb, marketinq strategiyalarını nümayiş etdiriblər.


ADAU tələbəsi Astanada startapını təqdim edibADAU tələbəsi Astanada startapını təqdim edib