Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının sədri Aytən Hüseynova məruzə ilə çıxış edib.
Azərbaycan, Türkiyə, Xorvatiya, Rusiya, Belarus, Ukrayna kimi ölkələrdən müvafiq sahələrdə elmi fəaliyyət göstərən alim və mütəxəssislərin iştirakı ilə baş tutan konfransda "Çay əkinçiliyində ətraf mühit bitkilərinin və çeşidlərinin seçilməsi" mövzusu ilə bağlı danışan Aytən Hüseynova konfransın sonunda fəal iştirakına görə sertifikatla təltif edilib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ