ADAU “Webometrics” reytinqi üzrə region universitetləri arasında ən yüksək nəticəni əldə edib

ADAU “Webometrics” reytinqi üzrə region universitetləri arasında ən yüksək nəticəni əldə edib

"Webometrics" reytinqi (Webometrics Ranking of World Universities) 2025-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2025-ci il nəticələrinə görə ölkə üzrə reytinqdə yer alan 35 ali təhsil müəssisəsi arasında 10-cu sıraya yüksələrək region universitetləri arasında ən yüksək nəticəni əldə edib.

Webometrics Reytinqinin 2025-ci ilin yanvar buraxılışında dünyanın hər yerindən təxminən 32000 ali təhsil müəssisəsi yer alıb. "Reytinq Majestic", "Google Scholar" və "Scimago-Scopus" kimi etibarlı mənbələrdən toplanan həm vebometrik, həm də bibliometrik göstəricilərə əsaslanır.

Qeyd edək ki, ADAU 2021-ci ildə Respublika üzrə 19, 2022-ci ildə 14, 2023-cü ildə 13 və 2024-cü ildə isə 12-ci yerdə qərarlaşmışdı. 2025-ci ilin nəticələrinə əsasən isə 2 pillə irəliləyərək 10-cu sıraya yüksəlib.


ADAU "Webometrics" reytinqi üzrə region universitetləri arasında ən yüksək nəticəni əldə edib