“AGRİ SPACE”-dən müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları

“AGRİ SPACE”-dən müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları


Kənd təsərrüfatı sahəsində uzun illərdir fəaliyyət göstərən və təcrübəli mütəxəssis heyətinə malik “AGRİ SPACE” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyət göstəricisi ilə aparıcı şirkətlər arasında özünəməxsus qabaqcıl yerlərdən birini tutmuşdur. “AGRİ SPACE” MMC Türkiyənin “Ustmak” markalı, Rusiyanın, İtaliyanın, Çinin, Yunanıstanın və digər avropa ölkələrinin istehsalı olan asılan, qoşulan kənd təsərrüfatı texnikası və aqreqatlarının (kənd təsərrüfatı texnikaları üçün ehtiyat hissələrinin) Azərbaycanda satışını və servisini həyata keçirir.  
“AGRİ SPACE” MMC müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının, o cümlədən ot-küləş presləyənlər, yem qarışdıran maşınlar, müxtəlif gövdəli kotanlar, müxtəlif tutumlu çiləyicilər, bağçılıqda və heyvandarlıq sahəsində istifadə olunan müxtəlif növ qoşqular, heyvandarlığın inkişafı üçün müxtəlif növ yüksək əhəmiyyətli avadanlıqlar, suvarma sistemləri, həmçinin mineral gübrələrin respublikaya gətirilməsini təmin edir və dövlət güzəşti tətbiq edilməklə nağd və ya lizinq qaydasında satışını həyata keçirir. Bütün məhsullara şirkət tərəfindən istehsalçı qüsuruna bir illik zəmanət verilir. Həmçinin Azərbaycan Respublikasının Şirvan, Samux, Qobustan, Cəlilabad və Qaradağ bölgələrində anbarlarımız mövcuddur. Sahibkarların və fermerlərin rahatlığı, texnikalarımızın daha əl çatan olması üçün gələcəkdə ölkənin digər bölgələrində də yeni satış mərkəzləri açmağı və anbarlarımızın sayını artırmağı planlaşdırırıq.  
Şirkətimiz Caspian Agro sərgisinin daimi iştirakçısıdır və 2024-ci il keçiriləcək sərgidə taxıl yükləyən, ot-küləş presləyən, lazerli mala, cərgəarası kultivator, torpaq burğusu, kanal açan kotan, ventilyatorlu dərmansəpən, dönərli kotan, noxud əkən aqreqat, rotorlu ot biçən, cərgə arası pambıq dərmanlayan və s. kimi kənd təsərrüfatı texnikalarını nümayiş etdirəcək. 
Azərbaycan Respublikasında “Caspian Agro” kimi ixtisaslaşmış sərgilərin keçirilməsi şirkətimiz tərəfindən çox yüksək qiymətləndirilir. Burada fermerlər və aqro şirkətlər arasında davamlı olaraq görüşlərin təşkili, yeni iş əlaqələrinin qurulması çox vacibdir. Şirkətimiz bu il də hər il olduğu kimi sərgidə dünya və Avropa standartlarına cavab verən müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarını nümayiş etdirəcək. Sərgi iştirakçılarının hər birinə uğurlar arzu edirik!  
Mirata Ağayev, AGRİ SPACE MMC-nin Direktoru 

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi