"Aqrar İnkişaf Könüllüləri" Təşkilatı İctimai Birliyi və Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi baş tutub.
Memorandumun məqsədi gənclərin nəzəri praktiki biliklərinin gücləndirilməsi, yeni biliklərə maarifləndirilməsi və təcrübələrin inkişaf etdirilməsinə nail olmaqdır.
Əməkdaşlıq çərçivəsində birgə görüşlər, təlimlər və tədbirlərin keçirilməsi, layihələrin və düşərgələrin təşkili planlaşdırılır.
#AİK #agrovolunteers #ADAU #aqrargələcəkgənclərlə