Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Lənkəran, Astara və Masallı, rayonlarında monitorinqlər keçirilib

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Lənkəran, Astara və Masallı, rayonlarında monitorinqlər keçirilib

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları fiziki və hüquqi şəxslərə məxsus texnikalarının dövlət qeydiyyatına alınması və dövlət texniki baxışının keçirilməsi ilə bağlı  Lənkəran, Astara və Masallı rayonlarında monitorinqlər keçirilib. Monitorinqlər zamanı texniki baxışa təqdim edilməyən, dövlət qeydiyyatına alınmayan və sürücülük vəsiqəsi olmadan texnikaları idarə edənlər barədə inzibati protokollar  tərtib olunub. Həmçinin, kənd təsərrüfatı texnikalarının istismar qaydalarına riayət edilməsi, dövlət qeydiyyatına alınmayan texnikaların dövlət qeydiyyatına alınması, texnikadan istifadə zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı  texnika istifadəçiləri maarifləndirilib. Eyni zamanda texniki baxışdan keçməyən texnikalar texniki baxışa cəlb olunub, sürücülük vəsiqəsi olmadan texnikanı idarə  edən sürücülər maarifləndirilib. .

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər traktorlar və digər özüyeriyən maşınlar, traktor yedəkləri, kənd təsərrüfatı, meliorasiya və sair texnikaları əldə etdikləri vaxtdan 10 gün müddətində dövlət qeydiyyatına alınmalı, həmçinin hər ildə bir dəfə, son texniki baxışdan keçmə müddətindən bir ildən gec olmayaraq texniki baxışa təqdim etməlidirlər. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir

Qanuna müvafiq olaraq texniki baxışdan keçməyən texnikaların istismarı qadağan olunur. Əks halda texniki baxışdan keçmədən istismar olunacağı təqdirdə İXM-in 340.1 maddəsilə inzibati tədbir görüləcəkdir

Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, istifadəsində olan texnikaları dövlət qeydiyyatından, texniki baxışdan keçirilməsi, həmçinin sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etsinlər.

Aqrar Xidmətlər Agentliyinin əməkdaşları  tərəfindən bölgələrdə maarifləndirmə işləri həyata keçirilməklə monitorinqlər  davam etdirilir.


İstinad : Aqrar Xidmət Agentliyi