AQTA: 230-dan çox kimyəvi-toksiki maddənin idxalı və istifadəsi qadağan edilib

AQTA: 230-dan çox kimyəvi-toksiki maddənin idxalı və istifadəsi qadağan edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlarla birlikdə ölkə ərazisində toksiki maddələrin qadağa siyahısını hazırlayıb.

"Report" xəbər verir ki, bunu AQTA-nın sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, siyahı Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib, 230-dan artıq kimyəvi-toksiki maddənin ölkəyə idxalı və istifadəsi qadağan edilib.