Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI

Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI

2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub. “APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb. Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub. Azad edilmiş rayonlar Ət istehsalı.ton Süd istehsalı.ton Ağdam 2549 22458 Füzuli 1509 14679 Xocalı 117 875 Xocavənd 684 1941 Şuşa 199 1243 Cəbrayıl 1085 4573 Kəlbəcər 1951 13366 Qubadlı 115 605 Laçın 1419 12069 Zəngilan 69 282
İstinad : Azərbaycan və dünyadan ən son xəbərlər