Azərbaycan bazarı son 5 ildə nəzərçarpacaq dərəcədə böyüyüb

Azərbaycan bazarı son 5 ildə nəzərçarpacaq dərəcədə böyüyüb


Kiprdə yerləşən şirkətimiz baytarlıq üzrə ixtisaslaşıb. Biz Kiprdə yem əlavələrinin, dərman preparatlarının, vaksinlərin və öküz spermasının satışı ilə məşğul oluruq. Bu sərgidə yem əlavələri fabrikimizin məhsullarını Azərbaycana ixrac edəcək tərəfdaşlar axtarırıq. Bu sərgidə artıq ikinci dəfədir iştirak edirəm. İlk dəfə təxminən 5 il əvvəl iştirak etmişdim. Fərq göz qarşısındadır. Bu müddət ərzində həm Azərbaycan bazarı böyüyüb, həm də sərgi inkişaf edib. İştirakçı şirkətlərin və ziyarətçilərin sayının artması, ekspozisiyaların daha yaxşı dizaynı bunun əyani göstəricisidir. Biz əməkdaşlıq edə biləcəyimiz yem fabrikləri və ya tədarükçülər axtarırıq. Bu sərgi Azərbaycanda satışlarınızı genişləndirmək üçün yaxşı platformadır. Tədbir, bazarı araşdırmaq, müştəriləri və onların gözləntilərini öyrənmək, nəyin cəlbedici və tələbatlı olduğunu müəyyənləşdirmək və burada marketinq məqsədlərinizə necə davam edə biləcəyimiz barədə fikir formalaşdırmaq üçün əlverişli mühit yaradır. Bu il sərgidə yer rezerv etməyə bir qədər gecikdik, lakin gələn il sərgiyə öz stendimiz və istehsal komandamızla qatıla bilərik.
 
Egemen Önder “Egevet Kibris Ltd”nin direktoru

İstinad : Caspian Agro I Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi