Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb

Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,351 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % azdır.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 1,939 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,4 % çoxdur.

4 ayda Türkiyənin meyvə-tərəvəz ixracının ümumi dəyəri illik müqayisədə 8 % azalaraq 833 milyon ABŞ dollarına, apreldə isə 0,1 % azalaraq 199 milyon ABŞ dollarına enib.