Azərbaycanda pambıq əkin sahələri 10% azalıb

Azərbaycanda pambıq əkin sahələri 10% azalıb

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 93 min 961 hektar ərazidə yazlıq pampıq əkilib. “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.9% və ya 10300 hektar azalıb. Qeyd edək ki, hesabat dövründə Mil-Muğan iqtisadi rayonunda 38844 hektar, Qarabağ iqtisadi rayonunda 24344 hektar, Şirvan-Salyan iqtisadi rayonunda 23149 hektar, Mərkəzi Aran iqtisadi rayonunda 6082 hektar, Gəncə-Daşkəsən iqtisadi rayonunda isə 1539 hektar ərazidə yazlıq pambıq əkilib.
İstinad : Azərbaycan və dünyadan ən son xəbərlər