Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici bazarlara 80 milyon 416,5 min ABŞ dolları dəyərində 71,466,1 ton tərəvəz məhsulları ixrac edilib.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycandan xarici ölkərə tərəvəz məhsullarının ixracının həcmi 5,8 % artıb.
İxrac olunan məhsullar arasında pomidor, xiyar, kartof, soğan, sarımsaq, yerkökü və s. üstünlük təşkil edir.