Bu ilin yanvar-mart aylarında Azərbaycan 44,6 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın aprel sayında bildirilir.
Məlumata görə, bu, ötən ilin ayı ilə müqayisədə 0,4 milyon ABŞ dolları və yaxud 0,9 % azdır.
Təkcə martda isə Azərbaycan 17,8 milyon ABŞ dolları dəyərində tomat ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,7 % çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.