Azərbaycan Texniki Universitetində (AzTU) Avropa Birliyinin “ERASMUS+ KA2” proqramı çərçivəsində həyata keçirilən “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə yekun beynəlxalq konfrans öz işinə başlayıb.
Konfrans layihə konsorsiumunu əhatə edən İtaliya, İspaniya, Polşa, Litva, Avstriya, Moldova, Ukrayna və Azərbaycanı təmsil edən 20-dən çox ali təhsil və sənaye müəsisəsinin iştirakı ilə keçirilir. Konfrans çərçivəsində aqrar sektorda klasterlərin inkişafı və fəaliyyəti, habelə Avropa təcrübəsinin öyrənilməsi baxımından təqdimatlar nümayiş ediləcək. Konfransda layihənin 20 beynəlxalq tərəfdaş müəssisəsini təmsil edən 60-a yaxın nümayəndə iştirak edir.
Tədbirdə açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Avropa Birliyinin “ERASMUS+ KA2” proqramı çərçivəsində həyata keçirilən layihələrin ali təhsil müəssisələrinin tədris və tədqiqat potensialının artırılması və onlar arasında əməkdaşlığın gücləndirilməsindəki rolunu qeyd edib. Daha sonar çıxış edən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Erasmus Milli Ofisinin direktoru Pərviz Bağırov, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, habelə layihədə tərəfdaş universitetlər Moldova Texniki Universitetinin rektoru Viorel Bostan, Poltava Dövlət Aqrar Universitetinin rektoru Oleksander Haliç və Komrat Dövlət Universitetlərinin rektoru Sergey Zaharia “Erasmus” layihələrinin ali təhsil müəssisələrinin inkişafına hərtərəfli töhfə verdiyini bildirib.
Konfrans layihənin tərəfdaşları olan ali təhsil müəssisələri və təşkilatların fəaliyyətlərinin nəticələri barədə təqdimatlarla davam edib.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
Öncəki xəbər
ADAU-nun Baytarlıq təbabəti fakültəsinin bir qrup tələbəsi "Yuva - sahibsiz itlər üçün sığınacaq" da sahibsiz heyvanların müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi prosesində könüllü iştirak edirlər
Növbəti xəbər
ADAU və Ege Universiteti tələbələri iftar süfrəsində bir araya gəliblər