Taxıl zəmilərindən bol məhsul götürən Beyləqan fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.Qeyd edək ki, Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri bu il zəmilərdən 70 min 753 ton məhsul əldə ediblər. 15 min 843 hektar buğda sahəsindən 63 min 922 ton, 2189 hektar arpa sahəsindən 6831 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,2 sentner, o cümlədən buğda sahələrində 40,3 sentner, arpa sahələrində isə 31,2 sentnerdir.
İstinad : Azərbaycan Dövlət İnformasiya Agentliyi