Beynəlxalq yay məktəbinin iştirakçıları Aqrar Universitetdə olublar

Beynəlxalq yay məktəbinin iştirakçıları Aqrar Universitetdə olublar

Bakı Biznes Universiteti DAAD Alman Akademik Mübadilə Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən alman tələbələr üçün "Inno-East Entrepreneurship Bootcampı" adlı yay məktəbinin iştirakçıları Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşən Universitetin rektoru Zəfər Qurbanov onları salamlayaraq ali təhsil müəssisəsinin təhsil və təcrübə imkanları barədə ətraflı məlumat verib. Rektor bildirib ki, Aqrar Universitetdə təhsil alan xarici tələbələrin sayı kifayət qədərdir və bu say hər il artır.

Sonra qonaqlar Universitetin Tədris-təcrübə təsərrüfatında, meyvə bağlarında və heyvandarlıq komplekslərində olublar.

Həmçinin, yay məktəbi iştirakçıları Gəncə şəhərinin gəzməli-görməli yerlərinə də baş çəkiblər.
İstinad : AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ