Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 15 min 834 hektar sahənin məhsulu biçilib, 49 min 3 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 30,9 sentner təşkil edib.Hazırda rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. İndiyədək təsərrüfatlarda 5150 hektar sahədə yay şumu çıxarılıb. Eyni zamanda, taxıl biçini başa çatmış ərazilərdə 193,5 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı əkilib.
İstinad : Azərbaycan Dövlət İnformasiya Agentliyi